26 C
Bakı
13 Avqust 2025 00:26
Siyasət

Ovanesyan: Ermənistan iki seçim arasındadır – müharibə və…

 

“Bu, çox proqnozlaşdırıla bilən bir proses idi və biz bunu bir gündə və ya bir həftə ərzində kəşf etdiyimizi iddia etməməliyik. Bu, Ermənistanın 2020-ci il noyabrın 9-dan sonra etdiyi bir çox səhvlərin nəticəsi idi. İndiki vəziyyətimiz, əslində, 90 faiz səhv addımlarımızın nəticəsidir”.

Tacxeber.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Alternativ layihələr” qrupunun həmtəsisçisi Vahe Ovanesyan deyib.

“İndi vəziyyət, əslində, öz məntiqi qırmızı xətlərinə yaxınlaşır. Nə edilməlidir? Təslim olmaq hər şeyi itirmək deməkdir”, – o qeyd edib.

Ovanesyan əlavə edib ki, bu gün Ermənistan zəif olduğundan təzyiqlərə məruz qalır.

“Adətən, təzyiqlər zəiflərə edilir. Qərb də, Rusiya da istəyir ki, problem olmasın, sakit olsunlar, çünki onların başları indi doğrudan da qarışıb. İndi nə etməlidirlər? Problemləri həll etmək üçün zəif tərəfə təzyiq göstərməlidirlər. Ermənistanda danışıqlarda dəyişikliklərə səbəb olacaq dəyişikliklərin olması çox vacibdir. Danışıqların bu məzmunu iki şeyə gətirib çıxaracaq: ya müharibəyə, ya da yox olma. Bizim vəzifəmiz ondan ibarət olmalıdır ki, müharibə olmasın, torpaq itkisi olmasın”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq: “Svetofor” üsulundan istifadə ediləcək

redaktor

Həbsdə 85 gündür aclıq edən alimin vəziyyətinin kritik olduğu deyilir

admin

Azərbaycanın beynəlxalq axtarışa verdiyi milyarder Ermənistanda saxlanılıb.

admin