30 C
Bakı
10 Avqust 2025 20:59
Hadisə

Ərbəin zəvvarlarının avtobusu qəzaya uğradı – 18 ölü

 

Şənbə günü İraqın Kərbəla şəhərinə zəvvarları aparan avtobus Bağdadın şimalında aşıb və nəticədə 18 nəfər ölüb.

Tacxeber.com “Associated Press”ə istinadən xəbər verir ki, dünyanın ən böyük illik ictimai toplantısı sayılan Ərbəində hər il milyonlarla insan Kərbəlaya gedir. Təkcə İraqdan deyil, digər ölkələrdən olan zəvvarların çoxu imam Hüseynin məzarına doğru piyada gedir.

İraqın iki tibb xidməti məlumat yayıb ki, Ərbəin ziyarətinə gələn avtobus Bağdaddan 90 kilometr şimalda yerləşən Bələd qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. Həlak olanların 15-i kişi və üçü qadındır. Rəsmilər onların arasında 10 iranlı, iki iraqlı – avtobus sürücüsü və onun oğlu olduğunu bildirib. Digər 6 nəfərin isə milliyəti və hansı ölkə vətəndaşı olduğu hələlik bəlli deyil.

Tacxeber.com

Oxşar xəbərlər

Taleh Qaraşovun qardaşı oğlu həbs olundu – Rəsmi

redaktor

Əri tərəfindən pəncərədən atılan qadının ŞOK GÖRÜNTÜLƏRİ

redaktor

Ağadadaş Ağayevin başı dərddə, ona ittiham elan edildi.

admin