16 C
Bakı
26 Sentyabr 2025 23:57
Dünya

“Vaqner”in taleyi bəlli oldu.

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder, lidersiz qalan “Vaqner”in əməkdaşlıqlarının davam edib-etməyəcəyinə dair açıqlama verib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Patrik gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Jurnalistlərdən biri keçən il Şimali Koreyanın “Vaqner”ə silah satdığına dair irəli sürülən iddiaları xatırladaraq, özəl hərbi təşkilat ilə bu ölkə arasındakı silah müqaviləsinin bitdiyinə inanırsınızmı” sualını verib.

“Burada əsas məqam “Vaqner” qrupunun mahiyyətcə bitməsidir. Ona görə də deyə bilərəm ki, heç bir danışıqlar yoxdur”, – deyə o cavab verib.

Xatırladaq ki, “Vaqner” bir müddətdir Rusiya-Ukrayna müharibəsində meydanda ən təsirli faktor olub. Rusiya, İran və Şimali Koreya kimi zalım rejimlərdən sursat və ya silah almağa çalışıb.

Bundan əlavə Patrik yenə Şimali Koreyanı Rusiyaya heç bir silah verməməyə çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Boris Conson doqquzuncu dəfə ATA OLDU

redaktor

Müdafiə Nazirliyinin pullarını mənimsəyib özünə Türkiyədə saç əkdirdi

redaktor

Paşinyanla arvadına MÜRACİƏT: “Biz sizi Yerablurda gözləyəcəyik və ən pis şəkildə görüşəcəyik”

admin