12 C
Bakı
28 Mart 2026 22:46
Dünya

“Vaqner”in taleyi bəlli oldu.

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder, lidersiz qalan “Vaqner”in əməkdaşlıqlarının davam edib-etməyəcəyinə dair açıqlama verib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Patrik gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Jurnalistlərdən biri keçən il Şimali Koreyanın “Vaqner”ə silah satdığına dair irəli sürülən iddiaları xatırladaraq, özəl hərbi təşkilat ilə bu ölkə arasındakı silah müqaviləsinin bitdiyinə inanırsınızmı” sualını verib.

“Burada əsas məqam “Vaqner” qrupunun mahiyyətcə bitməsidir. Ona görə də deyə bilərəm ki, heç bir danışıqlar yoxdur”, – deyə o cavab verib.

Xatırladaq ki, “Vaqner” bir müddətdir Rusiya-Ukrayna müharibəsində meydanda ən təsirli faktor olub. Rusiya, İran və Şimali Koreya kimi zalım rejimlərdən sursat və ya silah almağa çalışıb.

Bundan əlavə Patrik yenə Şimali Koreyanı Rusiyaya heç bir silah verməməyə çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Dnepropetrovsk vilayətinə kütləvi dron hücumu – “Hamısı vuruldu”

admin

İran hərbçiləri Fars körfəzində yanacaq daşıyan tankeri ələ keçirib – KİV

redaktor

Xocalı soyqırımından 33 il ötür

redaktor