25 C
Bakı
11 Avqust 2025 09:10
Dünya

Separatçılar Xocalıda sədd çəkirlər – VIDEO

 

Erməni separatçılar Bakıdan çıxan ərzaq yükünün Xankəndiyə çatdırılmasını əngəlləmək üçün Əsgəranda yolu bağlayıblar.

Tacxeber.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir.

Cəmiyyətin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.

Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara yardım göstərməkdir.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

 

Oxşar xəbərlər

Rusiyanın Kiyevi bombardman etməsi ilə bağlı cinayət işi açılacaq

redaktor

Rusiya daşınmaz əmlak bazarının azərbaycanlı kralları

redaktor

Boris Conson Kiyevə gəldi

redaktor