12 C
Bakı
28 Mart 2026 03:27
Cəmiyyət

Bakıda turistin itirdiyi 20 min dollar görün harda tapıldı – VİDEO

 

Bakıda çimərliklərdən birində alman turistin itən 20 min dollarını polislər qısa zamanda taparaq sahibinə qaytarıblar.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, ölkəmizə turist kimi gələn Almaniya vətəndaşı Mariel Vitting Rolf ötən gün Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən çimərliklərdən birində istirahət edərkən içərisində 20 min ABŞ dolları olan əl çantasını naməlum şəraitdə itirib.

Xanım turist dərhal bu barədə çimərlikdə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verib.

Görülən tədbirlər nəticəsində Almaniya vətəndaşı olan turistin çantası pullarla birlikdə tapılaraq, ona qaytarılıb. Mariel Vitting polis əməkdaşlarının operativ reaksiyasına görə onlara təşəkkür edib.

 

Oxşar xəbərlər

İsa Həbibbəyli istefa versin, korrupsiya ilə məşğul olan övlad böyüdən adam niyə AMEA-ya rəhbərlik edir? – SENSASİON AÇIQLAMA

redaktor

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri – MİLYONLAR NECƏ SİLİNİR… / FOTOFAKT

admin

Abzas Media-çılar ittiham aktını “kağız parçası” adlandırıb

admin