Dünya

“Mən Rusiya Ali Baş Komandanının piyadasıyam”

 

Çeçenistan rəhbəri Ramzan Kadırov özünü Rusiya Prezidenti Vladimir Putinə həyatı üçün iki dəfə borclu adlandırıb və onun istənilən əmrini yerinə yetirməyə hər zaman hazır olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi fikirlərini teleqram kanalında paylaşıb.

 “Mən Rusiya Ali Baş Komandanının piyadasıyam və özümə aid deyiləm. Mən dinə, vətənə, onun mənafeyinə mənsubam”, – deyə o vurğulayıb.

 Kadırov qeyd edib ki, Putinin istənilən əmrini, hətta onun üçün faciəli sonluqla nəticələnsə belə, yerinə yetirməyə hazırdır.

Tacxeber.com

Oxşar xəbərlər

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

admin

Ukrayna rəsmiləri bildirir ki, Ukrayna və ABŞ iqtisadi çərçivə sazişi üzərində razılaşıblar

admin

Odessada prezident karvanına raket hücumu olub

admin