21 C
Bakı
22 İyun 2025 00:31
Mədəniyyət

“Çingiz Abdullayev hələ də Sovet dövründən çıxa bilməyib” – Müşfiq Abbasov

"Çingiz Abdullayev hələ də Sovet dövründən çıxa bilməyib" - Müşfiq Abbasov

 

“Çingiz Abdullayev hələ də Sovet dövründən və rus icmasından çıxa bilməyib. O bundan sonra bu sahəyə heç bir yenilik gətirən deyil”.

Tacxeber.com xəbər verir ki, bu sözləri “-4” və “Qan haqqı” əsərlərinin müəlifi, detektiv yazıçısı Müşfiq Abbasov deyib.

Yazıçının sözlərinə görə, hazırda Azərbaycan ədəbiyyatından oxuduğu yazıçı yoxdur:

“İndi heç kəsi oxumuram. Amma əvvəllər Çingiz Abdullayevlə Elxan Elatlının kitablarını oxumuşam. Fikirlərimi soruşsanız deyərəm ki, Elxan bəy daha maraqlı və oxunaqlı yazır. Amma onun da hüquq sahəsindəki təcrübəsizliyi əsərlərində aşkarca hiss olunur və kitabları reallıqdan çox uzaqdır. Çingiz Abdullayevə gəldikdə isə onun da əsərlərinin əksəriyyəti demək olar ki, bir-birinə oxşayır. Adam hələ də Sovet dövründən və rus icmasından çıxa bilməyib… O bundan sonra bu sahəyə heç bir yenilik gətirən deyil”.

Tacxeber.com

Oxşar xəbərlər

“Plastik əməliyyatdan qorxuram, 90 yaşımda fikirləşərəm”

redaktor

Bu şəhərlərə köçsəniz, sizə pul veriləcək

redaktor

“Zeynəb Xanlarovanı 50 min insanın içindən xilas etdikdən sonra mənə “xilaskarım” deyir”

redaktor