12 C
Bakı
28 Mart 2026 03:33
Cəmiyyət

Ağamirzə: “Kərimin vəziyyəti pisləşir ki, yaxşılaşmır”

 

Ustad meyxanaçı Kərimin vəziyyətinin pisləşməsi barədə məlumat əldə etdik. Xəbəri dəqiqləşdirmək üçün onun yaxın dostu, müntəzəm olaraq Kərimə baş çəkən meyxanaçı Ağamirzə ilə əlaqə saxladıq.

O, Lent.az-a bildirdi ki, son dəfə Kərimlə 10 gün öncə görüşüb.

“Bu günlərdə getməmişəm, yalan deyərəm, amma 10 gün olar baş çəkmişdim ona. Vəziyyəti pisləşsə xəbərim olardı. Elə bir şey yoxdur. Amma ümumi olaraq vəziyyəti yaxşıya doğru yox, pisə doğru dəyişir. Həkim nəzarəti altında dərmanları verilir, həkim özü də ümumi nəzarət edir. Ailəsi qayğısına qalır. Allah kömək olsun deməkdən başqa çarəmiz qalmayıb. Bu dərdin tibb elmində əlacı yoxdur”,- deyə meyxana ustası əlavə etdi.

Qeyd edək ki, 59 yaşlı meyxanaçı Kərim uzun müddətdir keçirdiyi insult xəstəliyi səbəbi ilə yataq xəstəsidir. O, sərbəst şəkildə heç bir hərəkəti yerinə yetirə, danışa və ətrafındakıları tanıya bilmir.

Tacxeber.com

Oxşar xəbərlər

13 il əvvəl 27 milyon dollara alınan “London taksi”ləri yenidən xəttə buraxılır? – AÇIQLAMA

admin

Antalyadan İrəvana 50, Bakıya isə 274 dollara təyyarə bileti…

admin

BAKIDA HƏBSXANAYA XÜSİSİ TƏYİNATLILAR YERİDİLDİ – 10 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib.

admin