15 C
Bakı
29 Mart 2026 17:59
Hadisə

Azərbaycanda iki alim itkin düşdü

SON DƏQİQƏ: Azərbaycanda iki alim itkin düşdü

Alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin düşüblər.

Bu barədə Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva Konkret.az-a açıqlama verib.

Günay Nəciyeva bildirib: “Onlar sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Saat 12:00-dan isə əlaqə kəsilib. Onlar qayalıqdadır, çox islanıb və dona bilərlər.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə müraciət edirəm və xahiş edirəm ki, onların tez bir zamanda tapılmasına kömək etsinlər. Həmin nazirliklərin yerli şöbələri onların durumunu və hava şəraitini nəzərə alıb diqqətli olsun və bu məsələyə çox həssas yanaşsınlar”.

Qeyd edək ki, Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin əməkdaşı, Emil Cəbrayılov isə AMEA Coğrafiya İnstitutunun elmi işçisidir.

Tacxeber.com

Oxşar xəbərlər

Aybəniz Haşımovanın qardaşı həbs edildi

redaktor

Egey dənizində gəmi batıb, 14 dənizçi itkin düşüb

redaktor

Məşhur türkiyəli aktyorun tilovuna 70 kiloqramlıq balıq düşüb – FOTO

admin