24 C
Bakı
14 Avqust 2025 01:58
GündəmŞou

“Kasıb kədərləndirir, Hadisə isə əyləndirir” – Qalmaqallı sözlər

“Kasıb kədərləndirir, Hadisə isə əyləndirir” - Qalmaqallı sözlər

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisə ötən gecə Bakıda konsert verib.

“Dalğa Beach”də açıq havada konsert verən müğənnini 5 min nəfər izləyib.

Məlumata görə, Hadisə konsertdən 5 milyon TL (328000 manat) qazanıb.

Tacxeber.comxəbər verir ki, onu konsertdən əldə etdiyi gəlirə görə tənqid edən azərbaycanlılar da az olmayıb.

Tanınmış şairə Nazilə Səfərli isə həmin tənqidlərə səssiz qalmayıb və buna görə Hadisənin yox, konsertə bilet alanların qınanmalı olduğunu qeyd edib:

“Hadisə Azərbaycanda verdiyi iki günlük konsertdən 320 min manat qazanıb. Şərhlərdə yazırlar ki, gör, heç kasıba kömək edər?

Əvvəla, hadisə konserti insanlara verib. İnsanlar da bizimkilərdir. Hadisəyə irad tutana qədər bizimkilərə sual verən olub ki, ay insanlar, o biletin pulunu niyə kasıblara vermədiniz? Niyə versin? Kasıb onu kədərləndirir, Hadisə isə əyləndirir. Kasıb da bir zəhmət Allahdan mədət umsun, hadisələrdən yox! Zəmanə əylənməlidir…”

Tacxeber.com

Oxşar xəbərlər

Ermənini boşayıb, azərbaycanlı ilə evləndi, casusluq üçün üç şərt qoydu… – HƏYAT HEKAYƏTİ Tarixin ən böyük casus qalmaqallarından birinin iştirakçısının ölümü niyə gizlədilib?

admin

14 yaşlı qız 6 yaşlı qardaşını sosial şəbəkədən aldığı göstərişlə ÖLDÜRDÜ

redaktor

“Boşananlar parti keçirsinlər”

redaktor