12 C
Bakı
28 Mart 2026 20:55
Hadisə

Xersonun mərkəzi atəşə tutulub, ölən və yaralanan var

 

Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərinin mərkəzini atəşə tutması nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

“Report” xəəbr verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının başçısı Oleksandr Prokudin teleqramda bildirib.

“Təəssüf ki, insanlar zərər çəkib. Rusiyanın atəşi nəticəsində 35 yaşlı qadın ölüb, daha bir xəsarət almış yerli sakin isə xəstəxanaya çatdırılıb”, – o qeyd edib.

Xatırladaq ki, Xerson şəhəri ötən ilin martın 3-dən noyabrın 11-dək Rusiya ordusunun işğalı altında olub. Bu şəhər fevralın 24-də başlayan müharibədə Rusiyanın ələ keçirdiyi ən böyük yaşayış məntəqəsi idi.

Tacxeber.com

Oxşar xəbərlər

Siyasi məhbusun cəza rejimi ağırlaşdırıldı: “Elə döymüşdülər, üç gün qulağımdan qan gəldi”

admin

Bakıda konsertdə həyəcan: son anda ölümdən döndü – ANBAAN VİDEO

redaktor

“Qızıl Səadət”in 21 kiloqram qızılına görə general 400 min rüşvət istəyib? – Qohumu da həbs edildi

redaktor