Dünya

Kəmaləddin Heydərovun müavininin oğlu Londonda yeni şirkət yaratdı – FOTO

 

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb. Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib.

Tacxeber.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən “TECHNOİL”, “BABYLON AQRO”, “BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir”, – o bildirib.

Qeyd:Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

    

Tacxeber.com

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında 46 milyon amfetamin həbi ələ keçirilib

redaktor

Moskva məhkəməsi “Meta”nın mətbuat katibini qiyabi həbs etdi

redaktor

Trampın təyyarəsi təcili eniş etdi – Nasazlığa görə…

admin