11 C
Bakı
29 Mart 2026 08:15
Dünya

Kəmaləddin Heydərovun müavininin oğlu Londonda yeni şirkət yaratdı – FOTO

 

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb. Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib.

Tacxeber.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən “TECHNOİL”, “BABYLON AQRO”, “BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir”, – o bildirib.

Qeyd:Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

    

Tacxeber.com

Oxşar xəbərlər

“İstanbulda dağıdıcı zəlzələ gözlənilir” – Tanınmış seysmoloqdan QORXULU AÇIQLAMA

redaktor

AZAL-ın təyyarəsi İrana niyə təcili eniş edib? – TƏFƏRRÜAT

redaktor

Azərbaycanlılar Rusiyada görün nələr edibmiş

redaktor