16 C
Bakı
23 Mart 2026 19:51
Dünya

Britaniya kəşfiyyatı: Rusiya və Ukrayna “Boyko buruqları” uğrunda mübarizə aparır

 

Britaniya hərbi kəşfiyyatı gündəlik hərbi icmalda diqqəti Krım və Odessa arasında Qara dənizdə “Boyko buruqları” – qaz və neft platformaları uğrunda Rusiya və Ukrayna qüvvələri arasında gedən döyüşlərə cəlb edir.

Tacxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi eksdə paylaşım edib.

Belə ki, icmal müəllifləri xatırladırlar ki, Rusiya təyyarəsi bu platformalardan birinin yaxınlığında olan Ukrayna hərbi katerini atəşə tutub. Bundan əvvəl Ukrayna qüvvələri ilhaq edilmiş Krımın qondarma hakimiyyət orqanlarının nəzarətində olan “Çernomornefteqaz” şirkətinin istismar etdiyi “Boyko buruqları”na dəfələrlə zərbələr endirib.

Britaniya kəşfiyyatı qeyd edir ki, platformalar helikopterlərin eniş meydançaları, raket sistemləri üçün və ön bazalar kimi istifadə oluna bilər ki, bu da onların üzərində nəzarəti neft və qaz hasilatı ilə yanaşı dəyərli edir.

Qeyd edək ki, sözügedən buruqlar simvolik olaraq Ukraynanın sözügedən sabiq energetika naziri Yuri Boykonun adını daşıyır. Buruqlar onun nazir postunda olduğu dövrdə Sinqapurdan alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Trampa atəş açan şəxsin avtomobilindən partlayıcı qurğu tapıldı

redaktor

“Görün dünyada nələr olub?” Osman Eminov

admin

Conson baş nazir kimi son səfə Zelenski ilə danışdı

redaktor