2 C
Bakı
11 Fevral 2026 01:42
Hadisə

Xəzər dənizində dəhşətli hadisə – İki neftçimiz ÖLDÜ

Xəzər dənizində dəhşətli hadisə - İki neftçimiz ÖLDÜ

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.

Bu barədə “Azneft”dən məlumat verilib.

Bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.

“Azneft”dən bildirilib ki, aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb: “Hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”. (Modern)

Tacxeber.com

Oxşar xəbərlər

“Baboş”un milyonçu fanatı məhkəməni baş redaktora uduzdu – Özünə isə xəbərdarlıq edildi.

admin

Müsavat Partiyasının 3 üzvü həbsə göndərildi

admin

Özbəkistanda MN anbarında partlayış: yaralılar var

redaktor