19 C
Bakı
23 İyun 2025 23:11
Hadisə

Priqojin başqa təyyarədə olsa… – Zaxarov

“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin bu gün həqiqətən də Afrikadan Rusiyaya uçub, bütün komandanlıq onunla olub.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Andrey Zaxarov deyib.

“O, başqa təyyarədə olsa, möcüzə yaşanacaq”, – deyə jurnalist bildirib.

Qeyd edək ki, bu gün axşam saatlarında Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarə Tver vilayətində qızaya uğrayıb. Qəzadan öncə təyyarədə ardıcıl iki güclü partlayış olduğunu əks etdirən görüntülər var.

Qəza zamanı təyyarənin göyərtəsində olan 10 nəfərin hamısının öldüyü bildirilir. Sərnişinlərin siyahısında “Vaqner” rəhbəri Y.Priqojinin də adı var.

Tacxeber.com

Oxşar xəbərlər

Gəncədə sürücüdən təhlükə: Əks yol, qırmızı işıq, məktəblilərə təhlükə – VİDEO

admin

“Xəzər Lənkəran”a getdiyim üçün oğlumu SOCAR-dan işdən çıxardılar” Ağasəlim Mircavadov

admin

Rus müğənninin pulunu Bakıda qəpiyinə kimi oğurladılar

redaktor