19 C
Bakı
26 Sentyabr 2025 20:11
Cəmiyyət

Ailəsinin imtina etdiyi Ruslana kim sahib çıxıb? – Video

Ailəsinin imtina etdiyi Ruslana kim sahib çıxıb? - Video

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı ailəsi tərəfindən küçəyə atılan 17 yaşlı Ruslandır.

Əlacsızlıqdan yarı tikili binalardan birində gecələyən Ruslan bildirib ki, valideynləri bir müddət öncə boşanıblar:

“Anam dedi ki, sənə təzə ata tapmışam. Mən də dedim ki, təzə ata yox, səni istəyirəm”.

Ruslanın sözlərinə görə, ögey atası ilə bir evdə yaşamaq istəmədiyi üçün Zabratdakı sığınacağa üz tutub. Lakin bir müddət sonra anası onu sığınacaqdan çıxarıb, yaşadığı evə gətirib. Ögey atasından şiddət görən Ruslan evi təkrar tərk edib və küçədə yaşamağa başlayıb.

Baku TV-nin müraciətindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Ruslanı Bakıdakı sığınacaqlardan birinə təyin etdi. Lakin çəkilişdən 2 gün sonra verilən məlumata görə, Ruslan sığınacağı tərk edib.

Tacxeber.com

Oxşar xəbərlər

400 kq olan azərbaycanlı qadın hər kəsi şoka saldı – Video

admin

“İstəyirlər ki, dünya əhalisinin sayını 7 milyarddan 1 milyarda salsınlar…”-Meymunçiçəyi xəstəliyini qəsdən yayırlar-İDDİA+ÖZƏL

redaktor

Əhaliyə xəbərdarlıq! – Axşam saat 22:00-dan başlayır, ehtiyyatlı olun.

admin