24 C
Bakı
23 İyun 2025 12:57
Dünya

ABŞ Ukrayna üçün çətin qərar verə bilər – Polkovnikdən KRİTİK AÇIQLAMA

 

“Kiyev və Moskva arasında danışıqlara başlamazsa, Rusiya ordusu Qərbi Ukraynaya və hətta Lvova çata bilər”.

Tacxeber.com xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor jurnalist Taker Karlsona müsahibəsində deyib .

“Ukraynada əldə etmək istədiyimiz hər şeydə uğursuzluğa düçar olduq . İndi həqiqətən ehtiyacımız olan şey döyüşü dayandırmaq və yəqin ki, bəyənməyəcəyimiz bir razılaşmaya gəlməkdir”, – o deyib.

Lakin o, vəziyyət nəzarətdən çıxmazdan əvvəl bunu etməyə çağırıb.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ölkənin hərbi əməliyyatlar zamanı ağrılı itkilərlə üzləşməli olacağı barədə xəbərdarlıq edib . O, həmçinin etiraf edib ki, döyüşlər tezliklə bitməyəcək.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanda Rusiya sərhədçilərinə hədə-qorxu gəliblər

redaktor

Yeni ilə gecəsi Kiyevin Putinə “sürprizi” olacaq…

admin

Kanadanın aldığı “NASAMS” HHM sistemi Ukraynaya çatdırılıb

redaktor