20 C
Bakı
24 İyun 2025 08:57
Cəmiyyət

Xoşqədəm Hidayətqızı gənc qızlara səsləndi: “Evlənmək olar, amma…”

 

Aparıcı Xoşqədəm Hidayətqızı gənc qızlara səslənib. Axşam.az xəbər verir ki, o, qızları erkən nikahdan qaçmağa çağırıb.

“Əziz gənclər, balarımız sizi təhsilli olmağa, pis vərdişlərdən uzaq durmağa çağırıram. Adət-ənənələrimiz, milli dəyərlərimizi unutmayın. Dünyaya açılmaq lazımdır. Dünyada olan yaxşı şeyləri götürmək lazımdır. Amma narkotik, siqaret, içkidən, etik qaydalardan kənar şeylərdən uzaq durun. Gənc qızlarımız, erkən nikahlardan uzaq olun. Valideynləriniz sizi erkən nikaha çəkəndə getməyin, etiraz edin. Təhsilə yönəlin. Bütün yaşda evlənmək olar. Amma təhsilli deyilsənsə, ayaqların üstündə dura, hüquqlarını bilmirsənsə, əziləcəksən” deyə, aparıcı bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Kərə yağının saxta olub-olmadığını 5 sadə üsulla yoxlayın

admin

Azərbaycanda niyə kirayə müqaviləsi bağlamırlar? – ARAŞDIRMA

redaktor

“Ölümü göz önümə alıb tankın qabağına keçdim, tank bir addımlıqda saxladı…” – FOTOLAR+ÖZƏL

redaktor