Dünya

Ermənistanda peyda olan “azərbaycanlı” qorxu yaratdı, polislər gəldi

Ermənistanın Tavuş vilayətinin İcevan rayonunda avtobusda türkcə danışan şəxs saxlanılıb.

Tacxeber.com Globalinfo-ya istinadən xəbər verir ki, avtobusda erməni sərnişinlər bir nəfərin türkcə danışdığını, telefonuna türk nömrələrindən zənglər gəldiyini görüblər.

Onlar avtobusu saxlatdıraraq polis çağırıblar. Əraziyə gələn polislər türkcə danışdığı iddia edilən şəxsi bölməyə aparıblar.

Yerli sakinlər bildirirlər ki, əvvəlcə onun azərbaycanlı olduğundan şübhələnsələr də, sonradan Türkiyə türkü olduğu deyilib.

Polis bölməsinə aparılan şəxslə bağlı əlavə məlumat yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Sahibə Qafarova Papanın dəfn mərasimində iştirak edib

redaktor

Hər şey “plan üzrə” gedir – Şahin Cəfərli

admin

10 ildən artıq hakimiyyət adamın ürəyini heçmi sıxmır?

admin