11 C
Bakı
30 Mart 2026 03:01
Dünya

Cəbhədə sürpriz sıçrayış: Müdafiə xətləri darmadağın edilir

Rusiya qüvvələri Robotnı və Urojanını saxlamaq üçün xeyli səy, resurs və canlı qüvvə sərf edib, buna görə də Ukraynanın bu ərazilərdə son uğurları rusların müdafiəsinin deqradasiyasından xəbər verir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

ISW-nin iddiasına görə, Rusiya qüvvələrinin əməliyyatlar üçün böyük ehtiyatları yoxdur. Mənbə rus ordusunun bu səbəblərdən ələ keçirdiyi əraziləri saxlamaq üçün səylərini intensivləşdirdiyini bildirir. Bundan əlavə, digər ərazilərdən Rusiya bölmələrinin gətirilməsi də göstərir ki, Ukraynanın əks-hücumu başlayandan bəri Zaporoje vilayətinin qərbində rusların mövqeləri xeyli zəifləyib.

“Rusiyanın əməliyyat üçün ehtiyatlarının olmaması o deməkdir ki, ruslar cəbhənin bəzi istiqamətlərindəki mövqelərini digər yerlərdəki qüvvələri hesabına gücləndirməli olacaq. Bu da Rusiyanın müdafiə xətlərini zəiflədəcək və Ukrayna qüvvələrinə irəliləmək imkanları verəcək”, – amerikalı analitiklər deyirlər.

ISW vurğulayır ki, Rusiya Ukraynanın hücumu zamanı prioritet istiqamətlərlə bağlı artıq çətin seçim edir. Ukrayna ordusu tərəfindən sıçrayış halında Rusiya qüvvələrinin ciddi dəstək olmadan ikinci dərəcəli müdafiə mövqelərinə geri çəkilmə ehtimalı artır.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda həbslər getdikcə daha çox narahatlıq doğurur – Almaniya hökumətinin üzvü

admin

Zelenski və Ərdoğan görüşü yenidən gündəmdə.

admin

Noyabrda hava necə olacaq?

redaktor