“Qadın öz hüquqlarını bilməlidir. Özünü müdafiə etməlidir. Bunun üçün feminist olmaq əsas deyil. Mənim üçün azadlıq vacibdir. Bəzən mentalitetdən bayağı şəkildə asılı olurlar. Bunu qəbul etmirəm. Mental dəyər var. Bu isə mənim üçün şüurum, ağlımdır. Mənim özümə cizdığım sərhədlər var. İnsan düşünür, ağıllıdırsa, nə olar, nə olmaz bilməlidir. İnsan özünə azadlıq yaratmalıdır. İnsana azadlığı vermirlər, onu qazanırsan. Sən azadlığı qazanmısansa, çərçivələrin də var. Azadam deyə, çıxıb küçədə çılpaq gəzməyəcəm, 16-cı mərtəbədə mahnı oxumayacağam”.

