24 C
Bakı
23 İyun 2025 19:26
Şou

“Hansı biriniz müğənniyə maddi dəstək olmusuz ki, indi də sizi xalq bu səviyyəyə gətirib deyirsiz?” – Nura

 

“Məşhurlara, ələxsus da müğənnilərə qarşı aqrresiyanın kökü paxıllıq və qorxudur. Evdə ərinə, işdə müdirinə, hakimiyyətə deyə bilmədiyini məşhurlara deyir. Arzu edib əldə etmədiyini məşhurlarda görəndə elə bil onun arzusunu biz əlindən almışıq kimi zənn edir. Müğənni sənə nə pislik edib, ay zavallı?”

Pravda.azxəbər verir ki, bunu müğənni Nura Surideyib.

“Müğənni bir mahnını almaq üçün nə qədər pul ödəyir, aranjiman etdirir, klip çəkdirir, geyinib-keçinir. Hansı biriniz gəlib qapısın döyüb mahnılarını sevdiyiniz bir müğənniyə maddi dəstək olmusuz ki, indi də sizi xalq bu səviyyəyə gətirib deyirsiz? Müğənni millət vəkilidir? Səs verib seçmisiniz? Bu qədər şadlıq sarayları, restoranlar və sair müğənnilərindir? Hansısa məmur sizin haqqınızı yeyir susursuz, amma məşhurlar – hansı ki öz əziyyəti, zəhməti ilə sizin şənliklərdə sizə xoş əhval-ruhiyyə bəxş edir, söyüb batırırsınız. Kimə maddi köməklik lazım olur müğənnilər, blogerlər yardım edir ilk növbədə. Hələ görmədim ki, o verilişlərin birində hansısa məmur kiməsə yardım etsin. Tək-tük iş adamları və məşhurlar. Çox bədbəxt görünürsüz belə düşüncəsiz olduğunuz üçün…” – N.Suri qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Bəzi xanəndələr ifalarını hələlik kənara qoysunlar, getsinlər…” – Video

redaktor

Hadisənin yeni filmini TikTok qadağan etdi – Foto

redaktor

Elzanı AYB üzvü edən şeirlər: “Tüpürüm sizə”, “Qarnım quruldayır”, “Tikim sizin ağzınızı”

redaktor