Milli Məclis artıq bir aydır ki, tətilə çıxıb. Lakin, deputatlarımızın bir çoxu ictimai fəallığını yenə də saxlayır. Bununla belə səsi-sorağı gəlməyən deputatlarımız da az deyil.
Bizim.Media 117 deputat arasında ən passiv 10 deputatı müəyyən etmək üçün araşdırma aparıb. Araşdırma zamanı deputatların həm qanunverici orqanda, həm də ictimai həyatdakı fəallığı izlənilib. Məlum olub ki, bəzi deputatlar ötən yaz sessiyasında bircə dəfə də olsun plenar iclasda çıxış etməyib. Qəribədir ki, Milli Məclisin iclaslarında passiv olan bir sıra deputatlar media ilə ünsiyyətdən hər zaman qaçıb, ictimai fəallıqları isə qətiyyən gözə dəyməyib.
