19 C
Bakı
26 Sentyabr 2025 21:07
Hadisə

Azərbaycanda günvurmadan ölənlər olub – VİDEO

 

Ölkədə hökm sürən anomal isti artıq fəsadlarını göstərməyə başlayıb. Artıq bir neçə nəfər dünyasını dəyişib.

Tacxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, ilk ölüm xəbərləri havanın ən isti olduğu aran rayonlarından gəlib. Belə ki, Hacıqabulda iki nəfər günvurmanın qurbanı olub.

57 yaşlı Talış kənd sakini Meyniman kəndi ərazisində fermada işləyərkən günvurmadan hadisə yerindəcə keçinib.

Digər şəxs isə evinin həyətində günvurmadan dünyasını dəyişib.

Əsasən də açıq havada sahədə və fərdi təsərrüfatlarda işləyənlər günvurmaya məruz qalırlar.

Sumqayıtda da 1 nəfər günvurmanın qurbanı olub.
Zavodların birində çilingər işləyən 59 yaşlı tahir quliyevin günorta saatlarında işdə halı pisləşib. Xəstəxanaya aparılsa da, çox keçmədən dünyasını dəyişib.

Sumqayıt Tibb Mərkəzindən onun günvurmadan dünyasını dəyişdiyi bildirilib.

Səhiyyə Nazirliyi də günvurma ilə bağlı əhaliyə müraciət edib.

 

Oxşar xəbərlər

Elçin Ləmbəranski döyülüb? – AÇIQLAMA

redaktor

Ziyəddin Səfərov OMON-çuların maşınında ölüb

redaktor

Kanadada quş həbs olunub

redaktor