Cəmiyyət

Hava ilə bağlı əhaliyə daha bir xəbərdarlıq: “Tez-tez maye qəbul edin, günvurmadan qorunun”

 

Hava şəraiti ilə bağlı əhaliyə daha bir xəbərdarlıq edilib.

Tacxeber.com-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

Onun sözlərinə görə, həftə sonunadək Abşeron yarımadasında havanın temperaturunun 37-40 dərəcə olacağı gözlənilir:

“Yüksək temperatur, durğun hava şəraitində bürkü yarana bilər. Şəhər mühitində gecə saatlarında havanın temperaturunun normadan yüksək olacağı gözlənilir. Bu günlərdə tez-tez maye qəbul etmək, baş örtüklərindən, çətirlərdən istifadə edərək günvurmadan qorunmaq lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

“Vay o günə ki, həyat yoldaşı qadının…”

redaktor

“Səlim Müslümov işi”: Qaynaqçının da adına ŞİRKƏT AÇILIBMIŞ…

redaktor

Azərbaycanda yeni pandemiya elan oluna bilər? – AÇIQLAMA – VİDEO

redaktor