11 C
Bakı
30 Mart 2026 00:50
Şou

Bakıya gələn Hüseyn özünə “BMW“ gətizdirdi – VİDEO

Bakıya gələn Hüseyn özünə “BMW“ gətizdirdi - VİDEO

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov yenidən Bakıya gəlib.

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.

Hüseyn özü ilə Moskvadan parlaq qırmızı “BMW” markalı lüks idman avtomobilini gətirib.

Bloqer Heydər Əliyev hava limanında nəqliyyat vasitəsini evakuator üzərində hərəkət edərkən çəkdiyi görüntüləri “Instagram” səhifəsində izləyiciləri ilə bölüşüb.

3 il əvvəl mayın 9-dan 10-na keçən gecə Hüseyn Həsənov ciddi şəkildə yol hərəkət qaydalarını pozduğu üçün polis tərəfindən saxlanılıb. Gecə saatlarında Moskva küçələrində avtomobil idarə edən bloqer nömrəsini gizlədib. Polis maşını saxlayanda isə Hüseyn protokolu imzalamaqdan imtina edib. Növbəti günlərdə isə Hüseynin əlindən sürücülük vəsiqəsi alınmışdı. Ötən günlərdə isə bloqer yenidən imtahan verərək, sürücülük vəsiqəsini əldə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Əməkdar artistin atmacası həmkarlarını çaşdırıb: “Nə deyim?!“

redaktor

Mətanət: “Kişi yaratsaydım, onlara qan uddurardım”

redaktor

Roza: “Polad Bülbüloğlu mənimlə fəxr etdiyini söylədi”

redaktor