21 C
Bakı
23 İyun 2025 02:13
Dünya

Moskva məhkəməsi Navalnıya daha 19 il həbs cəzası verib

 

Moskva məhkəməsi Aleksey Navalnıya ekstremizm işi üzrə 19 il həbs cəzası verib.

Hökmə əsasən, Navalnı cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

O, ekstremist təşkilat yaratmaqda, o cümlədən onun işində iştirakda, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə, buna açıq çağırışlar etməkdə və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə təqsirli bilinib.

Prokuror onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə ciddi rejimli cəza çəkməsində olmaqla 9 il müddətinə azadlıqdan məhrum olunmuşdu./APA

Tacxeber.com

Oxşar xəbərlər

Süni intellekt avtomobillərə gəlir: Sürücüsüz maşınlar

redaktor

Zelenski Ukrayna əks-hücumunun niyə uğursuz olduğunu açıqladı

redaktor

İran yeni təhdidləri nəzərə alaraq müdafiə sistemini yenilədi

redaktor