26 C
Bakı
21 İyun 2025 12:58
Maqazin

Elza İlhamə Quliyevanın ayağını yumağı niyə qəbul etdi? – VİDEO

 

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Xalq artisti İlhamə Quliyevaya həsr olunan buraxılışda bacısı Gülbahar Quliyeva, Əməkdar artist Elza Seyidcahan, müğənni Əli Mirəliyev onunla bağlı xatirələrini bölüşüblər.

Mərhum müğənninin Flora Kərimova ilə qalmaqallarından danışan Ə.Mirəliyev qeyd edib ki, İ.Quliyeva ömrünün sonuna yaxın F.Kərimovanın ondan daha yaxşı oxuduğunu qəbul edib.

“Ölümünə yaxın beyninə yeridə bildim ki, Flora səndən daha yaxşı oxuyur. Dedim ki, Flora mənim qohumum deyil, mənim bibimin qızı sənsən. Amma o, səndən yaxşı oxuyur”.
Bacısı isə ölümündən sonra Xalq artisti haqqında danışanlardan gileylənib:

“İlhamənin sağlığında ona salam vermək üçün sıraya düzülürdülər. Həmin insanlar indi yoxluğundan istifadə edib, onunla bağlı istədiklərini danışırlar”.

Daha ətraflı süjetdə:

 

Oxşar xəbərlər

“Məndə olan qeyrətin 3 faizi sizdə olsaydı…“ – Roza Zərgərli

redaktor

“Qorxudan səhərə qədər yata bilmirəm…” – Zaura nə olub?

redaktor

“Qızlar, öz şəkillərinizi müxtəlif formada kişilərə atmayın, sabah da ondan sizə qarşı silah kimi istifadə edilməsin” – Lalə Azərtaş

redaktor