21 C
Bakı
09 Oktyabr 2026 12:29
Hadisə

İran rejimi Azərbaycan vətəndaşını həbsdən azad etdi – VİDEO

 

Uzun müddətdir qondarma ittihamlarla İranda həbsdə saxlanan Azərbaycan vətəndaşı Validə Yusifova axır ki, iyulun 27-də azad edilib.  İki ildən artıq günahsız yerə Tehrandakı qorxunc “Evin” zindanında saxlanan və heç bir dəlil-sübut olmadan ağır ittihamlarla mühakimə olunan Validə Yusofova İran İslam İnqilabının Keşikçiləri Korpusuna, yəni Sepaha bağlı “Təsnim” informasiya agentliyinin yazdığına görə,  guya “humanist prinsiplər əsasında və İranın şimal qonşusu ilə münasibətlərdə xoş niyyətinin əlaməti olaraq” Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.

Qeyd edək ki, Validə Yusifovanın İranda həbs edilməsi faktı yalnız son dövrdə – ötən ayın əvvəllərindən etibarən mediada işıqlandırılmağa başlayıb və geniş ictimaiyyətə məlum olub.

İyunun 5-də İran rejiminə müxalif “Iran İnternational” televiziya kanalı özəl mənbələrinə istinadla Validə Yusifovanın “qeyri-müəyyən vəziyyəti” barədə məlumat yayıb.  Məlumatda bildirilirdi ki, 31 yaşlı subay xanım olan Validə Yusifova 2021-ci ilin yanvarında İranın şimalında – Ərdəbil əyalətinin Dəşti-Muğan bölgəsində saxlanılıb və üç gündən sonra əvvəlcə Ərdəbilə, ordan da Təbrizə köçürülüb. Üç ay müddətində o, Təbrizdə təkadamlıq kamerada saxlanıb və sorğu-sual edilib.
Daha sonra onu Tehrana – “Evin” zindanının Sepahın Kəşfiyyat Təşkilatının ixtiyarında olan korpusuna köçürüblər. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində bədnam şöhrət qazanmış hakim Əbülqasım Salavati ona qarşı casusluq və narkotik maddə qaçaqmalçılığı ittihamı irəli sürüb. Məlumatda vurğulanan ən dəhşətli məqamlardan biri Validə Yusifovanı nəzarətdə saxlamaq və idarə edə bilmək üçün ona psixotrop preparatların verilməsi olub.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

İrkutskda nə baş verir? – Taun yayılır?

admin

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor