Dünya

Maskdan eks-həyat yoldaşının nişanlanmasına reaksiya – Foto

Maskdan eks-həyat yoldaşının nişanlanmasına reaksiya - Foto

Tesla” və “SpaceX” şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Maskın keçmiş həyat yoldaşı Talula Rayli ailə qurur.

37 yaşlı aktrisa 33 yaşlı həmkarı Tomas Brodi-Sanqsterlə nikah masasına əyləşməyi planlaşdırır. Bu barədə Talula tvitter hesabında paylaşım edib. Mask da öz növbəsində onun paylaşımına rəy bildirərək aktrisanı təbrik edib.

Qeyd edək ki, Talula və Tomas 2021-ci ildə “Pistol” filminin çəkiliş meydançasında tanış olublar və ekran işində iki aşiqi canlandırıblar. Talula Maskla 2010-cu ildə ailə qurub, lakin iki il sonra boşanıblar. Sonradan yenidən bir araya gələn ikili 2013-cü ildə yenidən evləniblər. Bu dəfə onların evliliyi üç il davam edib və 2016-cı ildə yenidən boşanıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor