Hadisə

Oğlunu xilas edərkən polislə birgə boğulan qadın müəllim imiş – FOTO

Oğlunu xilas edərkən polislə birgə boğulan qadın müəllim imiş – FOTO

 

İyulun 21-də Naxçıvandakı Uzunoba gölündə boğularaq ölən şəxslərdən biri müəllim imiş.

“Qafqazinfo”nun məlumatına görə, göldə bataraq həyatını itirən 1984-cü il təvəllüdlü Səadət Aslanlı Naxçıvan Musiqi Kollecində işləyirmiş.

O, 13 yaşlı oğlu Muradın boğulduğunu görərək suya atılıb və özü də boğulmağa başlayıb. Bu zaman gölün sahilində xidmətdən kənar vaxt ailəsi ilə istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən uşağı xilas edib. Daha sonra uşağın anası S.Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.

Həyatını itirən müəllimin fotosunu təqdim edirik.

Oxşar xəbərlər

“Sako” ləqəbli tiktoker həbs edildi

admin

Türkiyədə gənə KABUSU – Ölənlərin sayı 11-ə çatdı

redaktor

Başına bit düşən uşaq o dərmandan istifadə edib dünyasını dəyişdi

redaktor