17 C
Bakı
28 Sentyabr 2025 03:30
Dünya

ABŞ kəşfiyyatının rəhbərindən Priqojinə: “Yediklərinə fikir versin, Putin intiqam alacaq”

 

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojindən intiqam almaq istəyə bilər”.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Vilyam Börns deyib. O bildirib ki, Putin Priqojinlə necə davranacağına dair vaxt qazanmağa çalışır.

“Vaqner” üsyanından sonra Putinin zəifliklərinin ortaya çıxdığına diqqət çəkən Börns “Çox mürəkkəb bir rəqsin şahidi oluruq”,- deyə əlavə edib.

MKİ rəhbəri Priqojinin daim yer dəyişdiyini, son vaxtlar Rusiya ilə yanaşı, Belarusun paytaxtı Minskdə olmasının başadüşülən olduğunu söyləyib.

“Putin adətən intiqamın ən yaxşı soyuq yemək olduğunu düşünən biridir. Təcrübələrimə əsasən deyə bilərəm ki, Putin intiqamın ən böyük elçisidir. Dolayıısı ilə Priqojinin ondan daha çox intiqam alınmasından qaça bilməsi məni təəccübləndirərdi. Onun (Priqojinin) yerində olsaydım, yediklərimə fikir verərdim. Gözümü menyumdan ayırmazdım”.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın raketi bitdi, NATO-nun üç seçimi var… – Markov

redaktor

Makron hesab edir ki, Tramp altı ay ərzində Ukraynaya baxışını dəyişib

redaktor

Rusiya İrana kredit xətti açıb – Öz məhsullarını satmaq üçün

redaktor