13 C
Bakı
28 Mart 2026 00:09
Cəmiyyət

“Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natəvan nəzakətinə sərf etdi”

 

Real TV-nin rəhbəri Mirşahin Ağayev uzun illər ANS-də çalışmış, bu gün onkoloji xəstəlikdən vəfat edən aparıcı Natəvan Babayeva ilə bağlı paylaşım edib.

Tacxeber.comhəmin paylaşımı təqdim edir:

Nəfəs kimi kəsildi, Bacımız.

Allah O-nu bizdən çox istədi!

Darıxacağıq hamımız. Həmişə…

Ölümündən bir saat əvvəl bizə dediyi sözləri unutmayacam: “Nə xəcalət verirsiz? O boyda yolu durub gəlməyə nə ehtiyac vardı axı, ay müəllim?”

Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natəvan nəzakətinə, əxlaqına, kimsəyə narahatlıq verməmək xasiyyətinə sərf etdi!

Əlvida, əziz Natəvan! Hamımızın Doğması Natəvan! Sözün həqiqi mənasında son nəfəsədək bizimlə olan, son nəfəsini bizə verib gedən Bacımız!

Qəribədi… Mənə elə gəlir ki, bayaqdan aldığım nəfəs mənim deyil.

Tacxeber.com

Oxşar xəbərlər

Ehtiyatlı olun: Davam edən maqnit qasırğasının təhlükələri açıqlandı

redaktor

3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanıldı

admin

Şəriətin sonu

redaktor