10 C
Bakı
27 Mart 2026 14:46
Dünya

İstanbulda əcnəbilərə yaşamaq icazəsinin verilməsinə qadağa qoyulub?

 

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul hakimiyyətinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsini guya qadağan etməsi ilə bağlı xəbərləri təkzib edib.

Tacxeber.com xəbər verir ki, bu barədə nazirliyin bazar günü yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, İstanbulda qapalı adlanan ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir.
“İstanbulda əcnəbilərə yaşayış icazəsi verilməsi üçün 39 rayonun bağlanması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. O icazələrin alınması üçün müraciətlərin bağlandığı 10 rayon var”, – deyə məlumatda bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Kosmosda yetişdirilən pomidorlar qeybə çəkildi, bir il tapa bilmədilər.

admin

Azərbaycanda İranın molla rejiminə xidmət edən daha bir nəfər tutuldu – CASUS ŞƏBƏKƏSİ

redaktor

Bitişik qızların intim həyatları ilə bağlı etirafı müzakirələrə səbəb oldu – FOTO

redaktor