Dünya

İstanbulda əcnəbilərə yaşamaq icazəsinin verilməsinə qadağa qoyulub?

 

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul hakimiyyətinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsini guya qadağan etməsi ilə bağlı xəbərləri təkzib edib.

Tacxeber.com xəbər verir ki, bu barədə nazirliyin bazar günü yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, İstanbulda qapalı adlanan ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir.
“İstanbulda əcnəbilərə yaşayış icazəsi verilməsi üçün 39 rayonun bağlanması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. O icazələrin alınması üçün müraciətlərin bağlandığı 10 rayon var”, – deyə məlumatda bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

AŞPA-nın siyahısı Rusiya müxalifətində gərginlik yaradıb. Kara-Murza yumşaltmağa çalışır

admin

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

redaktor

Avstraliyalı uzunömürlü qadından 100 il yaşamaq üçün 5 məsləhət.

admin