Hadisə

Vətən müharibəsi qazisi: “Ağır yaralılarımızı erməni futbolçunun villasına aparırdıq” – VİDEO

 

Baku TV-də yayımlanan “44 gün” verilişinin növbəti buraxılışı efirə gedib.

Verilişdə Vətən müharibəsi qazisi Həmzə Məmmədov müharibədə yaşadığı ən maraqlı andan danışıb:

“Düşmənin gözləmədiyi istiqamətdən irəliləyərək Şuşaya daxil olduq. Sonra hər tərəfdən atəş açmağa başladılar. Birdən erməni hərbçilərdən biri balkona çıxıb dedi ki, niyə qoymursunuz yataq? Elə oradaca silahla vurduq. Balkondan asılı qaldı”.

O, düşmənin hiyləgər planından da bəhs edib:
“Meşədə 150 erməni əsgərini pusquya salmışdıq. Onlardan biri Azərbaycan dilində “su ver” deyə yalvarırdı. Sonra komandir dedi ki, ermənilərdən biridir. Bizi pusquya salmaq istəyirlər”.

Qazi Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralı əsgərləri erməni futbolçunun villasına apardıqlarını da söyləyib.

Daha ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Yasamal qəbiristanlığında dörd nəfər üçün məzar yeri ‘güzəştlə’ 50 min manata satılıb

admin

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

redaktor

“Bakubus” 84 yaşlı kişini vurub öldürdü

admin