24 C
Bakı
23 İyun 2025 13:12
Cəmiyyət

Safura Əlizadənin 65 AZN-lik geyimi müzakirələrə səbəb oldu – FOTO

 

“Avroviziya” təmsilçilərimizdən olan müğənni Safura Əlizadə geyimi ilə diqqət çəkib.

Tacxeber.com baku.ws-ə istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında qırmızı və uzun libasında çəkilən yeni fotolarını izləyiciləri ilə bölüşüb.

Onun geyiminin qiymətinin ucuz olması müzakirələr yaradıb.

Belə ki, Safuranın “OYSHO” brendinə aid sadə qırmızı libasının qiyməti 65 AZN olub. İfaçının “Nine West” markasına aid sandalının qiyməti isə cəmi 42 AZN təşkil edib.

Geyimləri ucuz olsa da o, tərzini bahalı “Dior” brendinə aid aksessuarla tamamlayıb. Sənətçinin çantasının qiyməti 2764 AZN-dir.

Müğənninin sadə və ucuz geyimə üstünlük verməsi izləyicilərin müzakirələrinə səbəb olub. Onlardan bəziləri Safuranın bu tərzini bəyənməyib, bəziləri isə çantasının orijinal olmadığını bildiriblər.

Safura Əlizadənin geyimlərinin qiymətini kim_haradan_geyinir instaqram səhifəsi paylaşıb.

 

 

 

 

 

 

 Tacxeber.com

Oxşar xəbərlər

Uşaq evində böyüyən şəhidin onu atıb gedən anasına yazdığı məktub: “Sənin məndən heç xoşun gəlmədi” – VİDEO

redaktor

Tofiq Yaqublu yazır:

admin

“Tanzaniyalı futbolçular heç bəyənib Azərbaycan klublarına gəlmədilər”

admin