24 C
Bakı
23 İyun 2025 13:01
Şou

“Xəzər TV”dən Elza Seyidcahanla bağlı açıqlama

 

Sosial şəbəkələrdə Əməkdar artist Elza Seyidcahanın “Xəzər” Televiziyasında veriliş aparacağı ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı “Xəzər” Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova “Facebook” hesabında paylaşım edib.

“Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə yanaşaraq qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində “Xəzər” Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb. Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma “Xəzər” Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur”, – deyə Ü.Qasımova bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Flora Kərimovanın sayəsində Moskvada 7 ev almışam”

redaktor

“Xoşbəxt anayam, çünki…” – Həbsxana həyatı yaşayan Fədayə Laçın

redaktor

Xərçənglə mübarizə aparan Gülbahar Şükürlünün son GÖRÜNTÜSÜ

redaktor