30 C
Bakı
12 Avqust 2025 10:54
Cəmiyyət

Polad Həşimovun anasını oğlunun adını daşıyan idman klubuna buraxmayıblar? – VİDEO

 

Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbə nümayəndəliyinin fəaliyyətindən narazı olduğunu bildirib.

Tacxeber.com Yeniavaz.com-a istinadən xəbər verir ki, o, bu barədə P.Həşimovun xatirəsinə təşkil olunmuş anım mərasimində danışıb.

Şəhid anası bildirib ki, hər il oğlunun anım mərasimini Polad Həşimovun adını daşıyan idman klubunda keçirib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub:

“Qızıldaş qəsəbəsində Polad Həşimov adına idman klubundakı tədbirlərdə 3 il iştirak etmişəm. Amma əfsuslar olsun ki, bu il Qızıldaş qəsəbəsindəki idman klubunda yox, “Laçın” adında restoranda iştirak edirik. Ona görə ki, klubun qapısı bizim üçün bağlı oldu. Amma məlum deyil ki, nədən bağlı oldu”.

 Tacxeber.com

Oxşar xəbərlər

Tural Sadıqlı valideynlərinin şərlənəcəyi ilə bağlı təhdid aldığını deyir.

admin

Kosmetoloji prosedurlar xəstəliklərə səbəb olur – QADINLAR DİQQƏTLİ OLSUN

redaktor

İsraildə həlak olan Emin Axundovun babası Sumqayıtda tanınmış şəxs olub – FOTO

redaktor