29 C
Bakı
14 Avqust 2025 19:14
CəmiyyətGündəm

Nazirin “kopya”sı olan şəxs kimdir? – Gündəm olan foto haqqında

Nazirin “kopya”sı olan şəxs kimdir? - Gündəm olan foto haqqında

Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.

Tacxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb.

Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz kimi…” şərhlər yazılıb.

Qeyd edək ki, R. Zeynallı uzun illər “ASAN Radio”da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.

Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan “Fermerin real dostu” verilişinin aparıcısıdır.

R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Yüzbəyovun restoran biznesi batdı

admin

Müharibə veteranları ilə bağlı vacib xəbər

redaktor

“Mişelin bəyanatında heç “Qarabağ” sözü də yoxdur” – Erməni deputat

redaktor