14 C
Bakı
01 Aprel 2026 12:54
Dünya

Makrona içərisində insan barmağı olan məktub göndərildi – Yelisey sarayında şok

 

Yelisey sarayına insan barmağının olduğu məktub gəlib. Onun aid olduğu kişi tapılıb.

Tacxeber.com xəbər verir ki, “Valeurs Actuelles”in mənbələrə istinadən verdiyi məlumata görə, Yelisey sarayının yazışma xidməti məktubu iyulun 9-10-da alıb.

Nəşr qeyd edir ki, bu, hadisə iyulun 14-də ölkənin milli bayramı olan Bastiliya Günü ərəfəsində baş verib.

Barmağın sahibi artıq tapılıb. Onun şəxsiyyəti və motivləri barədə təfərrüatlar verilmir.

Məlumata görə, tapılan barmaq “polisin yeməklərinin saxlanıldığı” soyuducuya yerləşdirilib. Nəşr barmağın məktuba necə yerləşdirildiyini dəqiqləşdirə bilməyib.

Yelisey Sarayı hadisə barədə şərh verməkdən imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər

Harris yenidən siyasətə qayıdır

redaktor

Avropalı siyasətçilərə qadağa: Kiyevə gələndə bu rənglərdə…

redaktor

“Darıxmayın, sizi başa salacaqlar” — Ustanın pulunu verməyən deputat hədələdi

redaktor