26 C
Bakı
21 İyun 2025 20:51
Cəmiyyət

“1400 həkimimiz Almaniyaya gedib, papağımızı qabağımıza qoyub düşünməliyik”- FOTO

 

1359 həkim azərbaycanlı həkim işləmək üçün Almaniyaya üz tutub.

Tacxeber.com xəbər verir ki, bu barədə invaziv kardioloq, tibb elmləri namizədi Üzeyir Rəhimov paylaşım edib. Onun fikrincə, həkimlərimizin Almaniyaya üz tutmasının bir neçə səbəbi var:

“Azərbaycandan sadəcə Almaniyaya 1400 həkim getməsi çox düşündürücüdür. Bu sayın zamanla artacağı da dəqiqdir. Buna səbəb olacaq bir çox faktor var: təhsil aldıqları universitetdəki və ya daha sonra çalışmağa (staj görməyə) başladıqları yerlərdəki aldıqları psixoloji travmalar, güvənli, həkim haqlarını qoruyan,həkim və pasient əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması.

Yəqin ki, heç kəs vətənini qoyub getmək istəməz. Üzücü olsa da, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa 1400 həmyerlim həkim rahat olacaqlar və lazım olanda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. Papağımızı qabağımıza qoyub düşünməliyik”, – deyə o əlavə edib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Cəmil Həsənli: “1937-ci ildə olduğu kimi ölkədə təmiz adamları tutub adını “təmizləmə” qoyurlar”

admin

“Lalafo”dan velosiped almaq istədi, 410 manatı oğurlandı

redaktor

Sumqayıtda ana dörd uşağı ilə küçədə gecələyir? – VİDEO

redaktor