Cəmiyyət

Söyüdlüdə xəstələnmə halları tullantılara görədir? – Nazirdən açıqlama

 

“Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Söyüdlü kəndində sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmadığı müəyyən edilib”.

Tacxeber.com xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

“Xəstələnmə səviyyəsi ümumi rayon üzrə orta statistik göstəricilərdən aşağıdır. Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib”, – o, əlavə edib.

Komissiya sədri bildirib ki, 86 nöqtədə radiasiya fonu, zərərli qaz və digər əksər parametrlər üzrə göstəricilər normalar daxilində olub.

Tacxeber.com

Oxşar xəbərlər

Söyüdlüdə mövcud vəziyyət təhlil edildi – Müəssisə təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verib

redaktor

Toyları ilə gündəmi zəbt edən cütlük danışdı – VİDEO

redaktor

32 illik müəllimlik karyerasını biznesinə görə tərk edir – Brendi ilə xaricdə də tanınan 61 yaşlı biznes xanımı – Müsahibə

admin