12 C
Bakı
28 Mart 2026 19:12
Cəmiyyət

Meta “Threads”ı dəyişdirir

 

Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi sahibi Meta şirkəti “Twitter”in rəqibi “Threads” proqramına bəzi əlavələr və yeniləmələr etməyə hazırlaşır.

“Threads”in hazırkı əsas səhifəsində tövsiyə olunan məzmunlar və izlənilən insanların paylaşdıqları görünür. Tətbiqdə ediləcək dəyişikliklə istifadəçilər yalnız xronoloji ardıcıllıqla izlədikləri insanların yazılarını görə biləcəklər.

Bu seçim “Twitter”də də mövcuddur.

Mütəxəssislərin fikrincə, “Threads” “Twitter”də son dəyişikliklərdən razı olmayan istifadəçiləri cəlb etmək potensialına malikdir. Tətbiq keçən həftə istifadəyə verildikdən bir neçə gün sonra 100 milyon istifadəçini ötüb.

“Threads” istifadəyə verilən zaman ilk versiyassı başlanğıc məhsul kimi təsvir edilib və şirkət yeni xüsusiyyətlərin gələcəyini açıqlayıb. “Threads” ən populyar sosial media tətbiqlərindən biri olan “Instagram” ilə birlikdə işləyir.

Hazırda əksər insanları ən çox narahat edən məqamlardan biri də “Threads”ı silən zaman “Instagram”ın da silinməsidir.

Şirkət bu məsələ üzərində də işlədiyini açıqlayıb.//BAKU.WS

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda vətəndaşlar generalı döyüb

admin

“Qırmızı adam”ı döydülər – VİDEO

redaktor

“Azyaşlıların “Tik-Tok”a girişi qadağan olunsun” – TƏKLİF

redaktor