15 C
Bakı
30 Mart 2026 14:56
Cəmiyyət

Meta “Threads”ı dəyişdirir

 

Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi sahibi Meta şirkəti “Twitter”in rəqibi “Threads” proqramına bəzi əlavələr və yeniləmələr etməyə hazırlaşır.

“Threads”in hazırkı əsas səhifəsində tövsiyə olunan məzmunlar və izlənilən insanların paylaşdıqları görünür. Tətbiqdə ediləcək dəyişikliklə istifadəçilər yalnız xronoloji ardıcıllıqla izlədikləri insanların yazılarını görə biləcəklər.

Bu seçim “Twitter”də də mövcuddur.

Mütəxəssislərin fikrincə, “Threads” “Twitter”də son dəyişikliklərdən razı olmayan istifadəçiləri cəlb etmək potensialına malikdir. Tətbiq keçən həftə istifadəyə verildikdən bir neçə gün sonra 100 milyon istifadəçini ötüb.

“Threads” istifadəyə verilən zaman ilk versiyassı başlanğıc məhsul kimi təsvir edilib və şirkət yeni xüsusiyyətlərin gələcəyini açıqlayıb. “Threads” ən populyar sosial media tətbiqlərindən biri olan “Instagram” ilə birlikdə işləyir.

Hazırda əksər insanları ən çox narahat edən məqamlardan biri də “Threads”ı silən zaman “Instagram”ın da silinməsidir.

Şirkət bu məsələ üzərində də işlədiyini açıqlayıb.//BAKU.WS

Tacxeber.com

Oxşar xəbərlər

Süni intellekt materiallarını nişanlamayanlara 80–150 manat cərimə tətbiq olunacaq

redaktor

Unudan yox, xatırlayan xalq sülhü qoruyar.

redaktor

Qardaşı saxlanıldı, polisə təşəkkür etdi – Tanınmış jurnalistdən açıqlama

redaktor