
“Слава Украине” bağıranlar guya Azərbaycan xalqının Ukraynanı dəstəklədiyini, Rusiya tərəfdarı olanları söydüyünə bizi inandırıb yolumuzdan döndərməyə çalışdınız. Alınmadı! Çünki sizlər əmr qulu olan kölələrsiniz. Kimdə nə yoxdur, ondan danışar. Sizlər də özünüz azad olmaya-olmaya, durub azadlıqdan danışanda gülməli çıxır. Özləri dünya imperialist güclərin qulu, nökəri olan kəslər burdan Ukraynaya azadlıq tələb edirlər”.
Demokrat.azxəbər verir ki, bunu politoloq Nəzakət Məmmədova bildirib.
N.Məmmədova qeyd edib ki, demokratiyadan dəm vuranlar əks fikirdə olanları söyür, təhqir edir:“İç üzünüz heç zaman indiki kimi ifşa olunmamışdı. Əsl mahiyyətinizi ortaya qoydunuz. Xalq adından danışmağa heç kəs sizə hüquq verməyib. Xalqın adından danışmaq hüququ bu ölkədə yalnız bir nəfərə verilib, o da Prezident. Konstitusiya ölkə başçılarına bu səlahiyyəti verir. Ucqar kənddə yaşayan bir vətəndaşın Ukrayna nəyinə lazımdır?! Çoxunun qohumu Rusiyada pul qazanıb bunlara baxdığı halda… Bizim insanlar heç zaman özünə aid olmayan qlobal məsələlərə qarışmayıb, ona görə də bu məsələlərdə özünə əl qatan bir qrup Qərbin əmr qulları, sosial şəbəkələrdə xalq adından danışmaq haqqını haradan alırlar, bilmirəm. Neçə gündür dayanmadan söyürsünüz, susuruq, indi haqqımız var ki, biz də sizin cavabınızı verək. Amma şəxsimizə olan həqarətə görə yox, dövlətin maraqlarına olan təhdidə görə. Sizlər, Sorosçular, FETO-çular, Qərbə arxayın olub hakimiyyətə gəlmək ümidi ilə özünə əl qatan müxalifət və s. bu proseslərdə canfəşanlıq edənlər, bir düşünmədiniz ki, Qarabağda sülhməramlı saxlayan ölkənin əleyhinə iş görməklə 44 günlük müharibənin nəticələrini zərbə altına qoyursunuz?! Rusiyanı söymək sizə nə verir?!