15 C
Bakı
29 Mart 2026 16:09
Dünya

Çində isti dalğası – 4 nəfər öldü

 

Çində təsirli olan isti dalğası can itkisinə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimalında yerləşən Hebey əyalətində həddindən artıq istilər səbəbindən 2 nəfər ölüb.

Əyalətdə həddindən artıq istilərə qarşı “qırmızı xəbərdarlıq” verilib, bəzi şəhərlərdə temperaturun 40-43 dərəcəyə çata biləcəyi bildirilib.

Bu il Hebeydə müşahidə olunan ən yüksək temperatur Şitszyuanq şəhərinin Pinqşan rayonunda 43,7 dərəcə Selsi olaraq qeydə alınıb.
Çinin paytaxtı Pekində də iki nəfər istidən ölüb. Pekində 9 gün ərzində 35 dərəcədən yuxarı temperatur qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

İran özü-özünə etdi, külü də gözünə!

redaktor

Ən “gözəl” erməni modeli silahlı VoMA-nın üzvü oldu – VİDEO

redaktor

Qiyamətin əlamətləri: dünyanın sonu yaxınlaşır – Zirəddin

redaktor