19 C
Bakı
26 Sentyabr 2025 22:29
Cəmiyyət

“Xəstəlik bütün orqanlara yayılıb” – Tanınmış aparıcının bacısı danışdı

“Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib”.

Tacxeber.com xəbər verir ki, bunu müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşən və reanimasiyaya yerləşdirilən tanınmış aparıcı Natavan Babayevanın bacısı “Yenicag”a açıqlamasında bildirib.

O, müayinələrin davam etdiyiyni deyib:

“Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Bacım onkoloji xəstəliklə mübarizə aparır. Süd vəzisində başlanan xəstəlik artıq ağırlaşıb, digər orqanlara yayılıb.

Hələ dəqiq proqnoz verilmir. Türkiyəyə gedəcəyimizlə bağlı bir söz deyə bilmərəm. Çünki müayinə, konsilium olacaq. Bundan sonra dəqiq bir söz deyə bilərik”.


Oxşar xəbərlər

Sumqayıtda kişi qısqanclıq zəminində qonşularını yandırıb

redaktor

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

redaktor

Oğlu sosial şəbəkədə Vasif Talıbovu təbrik etdi, cəmi 1 nəfər şərh yazdı

redaktor